Pleyeri seçin:

Bu ölkədə boşanmaq niyə qadağan edilmişdi? - ORALARDA NECƏDİR?

21 oktyabr 2026 26 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışında Bakıdan 3160 kilometr məsafədə, Aralıq dənizi sahillərində yerləşən Malta Respublikasından bəhs edilib.

1974-cü ildə respublika elan edilən ölkə Müqəddəs İohann katedralı, qədim Mdina şəhəri və Misir ehramlarından daha qədim olduğu bildirilən Hacar Qim meqalit kompleksi ilə məşhurdur.

Maltada dövlət xəstəxanalarında tibbi xidmətlər pulsuzdur. Ölkə vətəndaşı olan qadınlar üçün ana olmaq da ödənişsizdir.

Uşaqlar üçün dövlət bağçaları olmadığından 3 yaşınadək körpələr əsasən özəl bağçalara gedirlər. Məktəbəhazırlıq isə 3 yaşdan başlayır. Katolik məktəblərinə qəbul zamanı müraciət edənlərin sayı çox olarsa, püşkatma keçirilir.

Maltanın küçələri və evləri Bakının İçərişəhərini xatırladır. Burada tarixi binaların görünüşünü dəyişmək, hətta bəzi evlərin qapılarının rəngini yeniləmək belə qadağandır.

Əhəngdaşından tikilən evlərə xüsusi adlar verilir. Yeni ev tikmək minimum 100 min avroya (190 484 manat), təxminən 900 illik tarixi evlərdən birini almaq isə 1 milyon avroya (1 904 840 manat) başa gələ bilər. Belə evlər çox vaxt təmirsiz satılır, bərpa və kommunal xətlərin çəkilməsi isə əlavə xərc tələb edir.

Maltada boşanma yalnız 2011-ci ildə qanuniləşdirilib. Bundan əvvəl ölkənin qanunvericiliyində boşanma nəzərdə tutulmurdu. Hazırda isə bu proses iki ilədək davam edə bilər. Hətta tərəflər razılaşdıqda belə müəyyən prosedurlara əməl olunmalıdır.

Banner
Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur - Baku TV

Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur - Baku TV

Dünya
21 oktyabr 2026 26 baxış
Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
21 oktyabr 2026 26 baxış
Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR

Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR

Dünya
21 oktyabr 2026 26 baxış
Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”

Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”

Dünya
21 oktyabr 2026 26 baxış
Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI

Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI

Dünya
21 oktyabr 2026 26 baxış
Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV

Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV

Dünya
21 oktyabr 2026 26 baxış
Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir

Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir

Dünya
21 oktyabr 2026 26 baxış
İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI

İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI

Dünya
21 oktyabr 2026 26 baxış
Atılmış metal qalıqları onun əlində hərbi texnikanın modellərinə çevrilir

Atılmış metal qalıqları onun əlində hərbi texnikanın modellərinə çevrilir

Dünya
21 oktyabr 2026 26 baxış
Vaşinqton və Kiyev arasındakı münasibətlərdə gərginlik artmaqda davam edir

Vaşinqton və Kiyev arasındakı münasibətlərdə gərginlik artmaqda davam edir

Dünya
21 oktyabr 2026 26 baxış
Seçilmişlər
icon