Bu ölkədə nəhəng dinozavrların yaşadığı yer tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Oksfordşir bölgəsində yerləşən karxanada dinozavr izlərinin olduğu və indiyədək ən böyüyü hesab edilən ərazi aşkarlanıb.
Məlumata görə, 200-ə yaxın nəhəng ayaq izi 166 milyon il əvvələ aiddir. Bu izlərin iki fərqli dinozavr növünün – “Cetiosaurus” adlı uzunboyunlu “sauropod” və daha kiçik ölçüdə ətyeyən “meqalozavr”a olduğu ehtimal edilir. Ən uzun ayaq izi yolu 150 metr təşkil edir, lakin karxananın yalnız bir hissəsi qazıldığı üçün bu yolun daha uzun ola biləcəyi güman olunur.
Birminqem Universitetinin mikropaleontoloqu, professor Kirsti Edqar tapıntını olduqca yüksək qiymətləndirib.
“Bu, miqyas və ayaq izlərinin ölçüsü baxımından indiyə qədər gördüyüm ən heyranedici ərazilərdən biridir. Siz keçmişə qayıda və nəhəng canlıların necə buralarda gəzdiyinə dair təsəvvür əldə edə bilərsiniz”, – deyə o qeyd edib.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
