Bu ölkədə son 40 ilin ən şiddətli qar fırtınası baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyada güclü qar 30-dan çox vətəndaşın ölümünə səbəb olub. 100-ə yaxın şəxs ağır yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatlarına görə, ölənlər arasında qarı təmizləyərkən damdan yıxılanlar, uçqunun altında qalanlar da var.
Bundan əlavə, Niiqata prefekturasında yerli sakinlərdən biri öz evinin dağıntıları altında qalaraq əzilib.
Əsgərlər və qar təmizləyənlər rekord qıran qarı təmizləmək üçün mübarizə aparıblar. Hokkaydo bölgəsinin ən böyük şəhəri olan Sapporoda 3800 kilometrlik yoldan qarı təmizləmək üçün təxminən 1000 qar təmizləyən maşından istifadə edilib.
Yaponiyanın şimal şəhərlərində vəziyyət daha kritikdir. Məlumata görə, bəzi rayonlarda məktəblər günlərdir bağlıdır.
Qeyd edək ki, bu, Yaponiyada son 40 ilin ən şiddətli qar fırtınasıdır.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
