Pleyeri seçin:

Bu ölkələr Rusiyadan qorxduğu üçün... | “Politico”dan qalmaqallı məlumat

01 mart 2025 390 baxış

Keçmiş sovet ölkələri Latviya, Litva və Estoniya Ukraynadan sonra Rusiyanın hədəfi olacaqlarından qorxurlar.

Bu barədə “Politico” kəşfiyyat mənbələrinə istinadla yazır.

ABŞ nəşri bildirir ki, Rusiyanın digər regionlarda müharibəyə başlayacağı təhlükəsi Avropanın, xüsusən də Rusiyanın yaxınlığında yerləşən Baltikyanı ölkələr, Şimali Avropa və Polşa kimi dövlətlərin əsas qorxusudur.

Estoniya Xarici Kəşfiyyat Xidməti artıq xəbərdarlıq edib ki, Rusiya NATO ilə gələcəkdə mümkün müharibəyə hazırlıq məqsədilə silahlı qüvvələrini genişləndirir. Danimarka kəşfiyyatı beş il ərzində Rusiyanın Avropada genişmiqyaslı müharibə aparmağa hazır ola biləcəyini proqnozlaşdırır. Litva hökuməti məcburi hərbi xidmətə çağırışı bərpa edib və müdafiə xərclərini ümumi daxili məhsulun 3,45 faizinə qədər artırıb. Latviya kəşfiyyatı isə hesab edir ki, Kreml məqsədyönlü şəkildə NATO ilə qarşıdurma potensialını inkişaf etdirir.

Nəşr qeyd edir ki, Finlandiya və İsveçi də NATO-ya üzv olmağa sövq edən Rusiya qorxusu idi.

“Uzunmüddətli perspektivdə rusların həqiqətən kollektiv müdafiə ilə bağlı NATO-nun 5-ci maddəsini sınaqdan keçirə biləcəklərinə qərar verəcəyi ehtimalını istisna etmirəm”, — İsveç hərbi kəşfiyyatının rəsmisi “Politico”ya deyib.

Kəşfiyyatçı indiki məqamda Rusiyadan hərbi təhlükənin qaçılmaz olduğunu iddia etmir: “Ukraynada müharibə davam edərkən Rusiyanın növbəti genişmiqyaslı hərbi kampaniya aparmağa imkanı yoxdur”. Bununla belə, onun sözlərinə görə, Rusiyanın hələ də hər an istifadə edə biləcəyi bir çox vasitələri var: döyüş təyyarələri və döyüş gəmilərindən tutmuş nüvə silahları və kiber texnologiyalara qədər.

Banner
İranın hərbi potensialı müzakirə mövzusu oldu

İranın hərbi potensialı müzakirə mövzusu oldu

Dünya
12 noyabr 2026 390 baxış
İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?

İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?

Dünya
12 noyabr 2026 390 baxış
Ölən və xəsarətalanlar var

Ölən və xəsarətalanlar var

Dünya
12 noyabr 2026 390 baxış
İranın mümkün sui-qəsd planları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

İranın mümkün sui-qəsd planları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya
12 noyabr 2026 390 baxış
Qəzza zolağının cənubuna İsrail növbəti hava zərbəsi endirdi - Baku TV CANLI

Qəzza zolağının cənubuna İsrail növbəti hava zərbəsi endirdi - Baku TV CANLI

Dünya
12 noyabr 2026 390 baxış
Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA

Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA

Dünya
12 noyabr 2026 390 baxış
Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

Dünya
12 noyabr 2026 390 baxış
İran dünyanın istənilən nöqtəsində hərbi əməliyyat keçirəcək? - Baku TV CANLI

İran dünyanın istənilən nöqtəsində hərbi əməliyyat keçirəcək? - Baku TV CANLI

Dünya
12 noyabr 2026 390 baxış
Ərdoğan Si Cinpinin xüsusi nümayəndəsi Han Zhenglə nələri müzakirə etdi?

Ərdoğan Si Cinpinin xüsusi nümayəndəsi Han Zhenglə nələri müzakirə etdi?

Dünya
12 noyabr 2026 390 baxış
Ermənistanın KTMT-də bundan sonrakı taleyi necə olacaq?

Ermənistanın KTMT-də bundan sonrakı taleyi necə olacaq?

Dünya
12 noyabr 2026 390 baxış
Seçilmişlər
icon