Bu qadınları 15 il həbs gözləyir | Qaydalar sərtləşdirilir, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
İran rəhbərliyi hicabla bağlı yeni qanunda ölkədə əxlaq polisinin fəaliyyətinin ləğv edilməsini planlaşdırır.
Bu barədə yerli mediada İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa istinadən məlumat yayılıb.
Bununla belə, spiker sözügedən qanunun qüvvəyə minəcəyi tarixi açıqlamayıb.
O da bildirilib ki, hicab geyinilməsi artıq ölkənin başqa bir qanunu tərəfindən tənzimlənir.
“2024-cü ildən qüvvəyə minən qanun iffət, hicab mədəniyyətini təbliğ etməklə ailələri dəstəkləmək məqsədi daşıyır və ölkədə məcburi hicab geyinilməsini nəzərdə tutur”, – deyə B.Qalibaf bildirib.
Xatırladaq ki, İranın Cinayət Məcəlləsində hicab qaydalarını pozmağa görə yeni cəzalar da nəzərdə tutulub. Belə ehtimal edilir ki, yeni qanun cəza tədbirlərinin dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək. Buraya əsas olaraq 12 yaşından yuxarı yeniyetmələrə məhdudiyyətlərin tətbiqi daxildir. Qaydaları mütəmadi olaraq pozan qadınlar isə 15 ilə qədər həbs edilə bilər.
#İran teqi istifadə olunub
- COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV
- COVID-19 və qrip yenidən narahatlıq yaradır - Baku TV CANLI
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Trampdan İrana yeni zərbə mesajı
