Bu sənəd ona səbəb olacaq ki... | Putinin Kim Çen Inla görüşünün məqsədi
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında münasibətlər ən yüksək nöqtədədir”.
Bunu Şimali Koreya lideri Kim Çen In ölkədə səfərdə olan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
O əlavə edib ki, Kreml rəhbərinin Pxenyana səfəri xalqlar arasında qarşılıqlı dostluğun təməlini möhkəmləndirməyə imkan verəcək:
“Dünyada vəziyyət sürətlə dəyişir və mürəkkəbləşir, bu şəraitdə Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir. Biz Rusiyanın bütün siyasətini qeyd-şərtsiz dəstəkləyəcəyik. Bütün sahələrdə əməkdaşlıq və qarşılıqlı mübadilənin genişləndirilməsi ilə bağlı konstruktiv fikir mübadiləsinin mümkün olacağına ümid edirik”.
Görüş zamanı Vladimir Putin öz növbəsində bildirib ki, Moskva ilə Pxenyan arasında uzun illər münasibətlərin əsasını təşkil edəcək yeni fundamental sənəd hazırdır. İki liderin qısa çıxış bəyanatlarından sonra söhbət mətbuata qapalı davam edib. Daha sonra V.Putinlə Kim Çen In arasında təkbətək formatda görüş keçirilib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
