”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri
Yeniliklərdən dərhal xəbərdar olun
“MOSSAD-ın bundan sonra ancaq bir missiyası olmalıdır – İrandakı rejimi devirmək”.
Bunu İsrailin keçmiş müdafiə naziri və “Evimiz İsrail” partiyasının sədri Aviqdor Liberman deyib.
“Əgər mən baş nazir olsaydım, MOSSAD direktorunu çağırıb söyləyərdim: “Bundan sonra başqa heç nə ilə məşğul olmursan, yalnız və yalnız rejimin devrilməsi ilə məşğul olursan”. Mən MOSSAD-ın bu istiqamətdə etdiyi cəhdlərdən xəbərdaram, çox zəif cəhdlər idi. Nə lazımi resurslarla təmin olunmuş dərin və sistemli fəaliyyət aparılıb, nə də dəqiq hazırlanmış iş planı olub”, – sabiq nazir vurğulayıb.
ABŞ və İran arasındakı razılaşmaya diqqət çəkən Liberman qeyd edib: “Hamımız ABŞ-İran razılaşmasının nəticələrini başa düşürük, ona görə də bu siyasi fəlakətə cavab hazırlamalıyıq”.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
