Pleyeri seçin:
Çavuşoğluya NATO-da önəmli vəzifə verildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluya yeni vəzifə verilib.
M.Çavuşoğlu Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.
Qeyd edək ki, M.Çavuşoğlu 2013-cü ilin yanvar-dekabr aylarında Ədalət və İnkişaf Partiyası Sədrinin xarici işlərdən məsul katibi vəzifəsini icra edib. Həmin ildə TBMM Türkiyə-ABŞ və Türkiyə-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri olub. 2014-2023-cü illərdə isə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. İyunda yeni hökumət qurulandan sonra isə Türkiyənin xarici işlər naziri vəzifəsini Hakan Fidan yerinə yetirir.
Kopyalandı
#Mövlud Çavuşoğlu teqi istifadə olunub
- Osman Çavuşoğlunun yas mərasimində izdiham yaşandı | Ceyhun Bayramov danışdı
- İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı məktubu göndərdi
- Mövlud Çavuşoğlu "Baku TV"yə açıqlamasında nələr dedi?
- XII Qlobal Bakı Forumunun 3-cü günü | Ən son məlumatlar çatdırıldı
- Bu ölkə müharibənin bitməsini istəmədi | Mövlud Çavuşoğlu Türkiyənin cəhdini açıqladı
