Pleyeri seçin:
Cəbəliyə düşərgəsinə hücum: 400 nəfər öldü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzada növbəti dəfə dəhşətli insanlıq faciəsi yaşanıb.
Belə ki, Qəzza Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Cəbəliyyə düşərgəsi hər biri 1 ton partlayıcı ilə təhciz olunan 6 bomba ilə bombalanıb. “Əl-Cəzirə” telekanalı azı 400 nəfərin öldüyünü bildirib. Telekanalın verdiyi bu məlumatı Qəzzadakı Daxili İşlər Nazirliyi də təsdiqləyib.
Qeyd edək ki, Cəbəliyə düşərgəsi sakinlərin sıx məskunlaşdığı ərazilərdən biridir. Bu səbəbdən mülki sakinlər arasında itkilərin çox olması ehtimal edilir. İsrail tərəfi isə Cəbəliyə düşərgəsinə zərbə zamanı HƏMAS komandiri İbrahim Biarinin öldürüldüyünü açıqlayıb.
Kopyalandı
#Cəbəliyə düşərgəsi teqi istifadə olunub
