Pleyeri seçin:

Cəhənnəm adlandırılan məkanlar haradadır? | Tükürpərdici faktlar üzə çıxdı

28 fevral 2025 267 baxış

Dünyanın müxtəlif yerlərində geoloji xüsusiyyətləri, vulkanik aktivliyi və ya əlçatmazlığı ilə diqqətçəkən, “Cəhənnəm qapıları” adlandırılan bir sıra qeyri-adi məkanlar mövcuddur.

Onlardan biri Türkiyənin Pamukkale bölgəsində yerləşən, qədim dövrlərdə yeraltı Tanrısı Pluton üçün tikilmiş məbədin qalıqlarıdır.

Antik inanclara görə, bu yer ölülər dünyasına keçid qapısı hesab olunurdu. Mağaranın içi vulkanik qazlarla, əsasən də karbon dioksidlə dolu olduğundan yalnız kahinlər içəri girə bilirdilər.

Qədim romalılar bu qazı tanrıların bir möcüzəsi hesab edirdilər, lakin əslində bu, təbii vulkanik proseslərin nəticəsidir. Eramızdan əvvəl I əsrdən eramızın III əsrinə qədər inşa edilən “Pluton qapısı” qədim dövrdə mühüm dini və futuristik məkan hesab olunurdu.

Keniyanın Nakuru bölgəsində yerləşən Cəhənnəm Qapısı Milli Parkı Naivaşa gölü ilə Longonot və Susva vulkanları arasında yerləşir. Bu park müxtəlif yabanı heyvan növləri, hündür qayaları və ortasından keçən Ol Jorova dərəsi ilə məşhurdur. Dərə vulkanik və tektonik proseslərin təsiri ilə formalaşıb və bu gün də güclü geotermal aktivliyə malikdir. Burada hələ də qaynar bulaqlar və geotermal qeyzerlər püskürməkdədir.

Türkmənistanın Qaraqum səhrasında yerləşən Darvaza krateri 1971-ci ildə sovet geoloqlarının neft axtarışı zamanı təsadüfən aşkar edilib. Ərazidə neft yerinə böyük təbii qaz yatağı tapılıb, lakin qazıntı işləri nəticəsində “sondaj” qurğusu çökərək təxminən 70 metr enində və 20 metr dərinliyində krater yaradıb.

Kraterdən yayılan metan qazı təhlükəli olduğuna görə alimlər onu yandırmağa qərar veriblər. Lakin gözləntilərin əksinə olaraq yanğın qısa müddətdə sönməyib və bu günə qədər davam edir. Bölgə yerli əhali tərəfindən “Cəhənnəm qapısı” adlandırılır və gecələr qırmızı alovlarla yanan nəhəng dəlik kimi görünür.

Rusiyanın uzaq şərqində yerləşən Batagayka çökəyi 1960-cı illərdə meşələrin qırılması nəticəsində permafrostun əriməsi ilə yaranıb. 100 metr dərinlikdə və təxminən 1 kilometr uzunluqda olan bu nəhəng yarıq yerli sakinlər tərəfindən yeraltı dünyaya açılan qapı adlandırılır.

Çökək hələ də genişlənməkdədir və iqlim dəyişikliyi səbəbindən daha da böyüyür. Vulkanik qazlarla dolu mağaralardan alov saçan kraterlərə qədər bu qeyri-adi məkanlar insanların təxəyyülünü və elm adamlarının marağını hələ də cəlb edir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 267 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 267 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 267 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 267 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 267 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 267 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 267 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 267 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 267 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 267 baxış
Seçilmişlər
icon