Cənubi Koreya Prezidentindən xalqa təcili müraciət | Hər şey buna görə oldu ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin tətbiqinə görə ölkə vətəndaşlarından üzr istəyib.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Belə ki, dövlət başçısı televiziyada yayımlanan xalqa müraciəti zamanı həmçinin hərbi vəziyyəti təkrar tətbiq etməyəcəyinə söz verib və məsuliyyət daşımağa hazır olduğunu bildirib.
“Fövqəladə hərbi vəziyyətin elan edilməsinə dövlət işlərinə cavabdeh olan prezident kimi narahatlığım və məsuliyyətim səbəb oldu. Lakin bu, ictimaiyyətdə yaxşı qarşılanmadı, narahatlıq doğurdu. Mən həyəcanlanmış vətəndaşlarımızdan səmimi qəlbdən çox üzr istəyirəm. Mən hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərimə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacağam”, – deyə o qeyd edib.
#Cənubi Koreya teqi istifadə olunub
- Rəqabət güclənir: ABŞ, Yaponiya və Cənubi Koreya Çinə qarşı birləşir? - Baku TV CANLI
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
