Cənubi Koreyadakı təyyarə qəzası ilə bağlı vacib təfərrüatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyada dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin qara qutularından birinin məlumatları əldə edilib.
Belə ki, mütəxəssislər təyyarənin pilot kabinəsindəki səs qeydedicisinin məlumatlarını əldə edərək onları səs fayllarına çevirməyə başlayıblar.
Araşdırmanın mümkün qədər tez həyata keçiriləcəyi bildirilib. İkinci qara qutu isə bəzi zədələr alıb. Bu onun deşifrə edilməsi üçün lazım olan vaxtı artıracaq.
Koreyalı ekspertlərin fikrincə, uçuş məlumatlarının bort qeydedicisinin deşifrə edilməsi təxminən bir ay çəkəcək.
Əgər hər iki cihaz zədələnməsəydi, deşifrə təxminən bir həftə çəkərdi.
Ekspertlər deşifrə zamanı çətinliklərlə üzləşərsə, qara qutular Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından olan ABŞ-li həmkarlarına təhvil verilə bilər.
Xatırladaq ki, sözügedən qəza nəticəsində təyyarədə olan 181 nəfərdən 179-u həlak olub. Bu hadisə Koreya Respublikası ərazisində ən böyük aviaqəza kimi tarixə düşüb.
#Cənubi Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Pusanda kanalda qalan “Bukangi” adlı köpəkbalığı hələ də xilas edilməyib
