Çində etiraz dalğası davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Çində etirazçılar ticarət mərkəzlərinə hücum edib
Bir neçə gün əvvəl günahkarların Çinə geri qaytarılmasına qarşı olaraq başlayan etiraz dalğası davam edir. Honq-Konq şəhərində iqtidar və müxalifət nümayəndələri, eləcə də müxalif qruplarla polis əməkdaşları arasında qarşıdurmalar artıb.
Etirazçı qruplar şəhər mərkəzində, metro stansiyalarında, alış-veriş mərkəzlərində iğtişaşlar törətməkdə davam edir. İqtidar tərəfdarları Çin dövlət bayrağı daşıyaraq, milli himn oxuyaraq müxalifət etirazçılarının simvollarından birinə çevrilən Lennon Divarındakı nişanları söküblər.
Bu zaman müxalif qruplarla iqtidar tərəfdarları arasında əlbəyaxa dava baş verib.
Sentyabrın 23-də isə etirazçı qruplaşma Honq-Konqdakı ən böyük ticarət mərkəzlərindən birinə girib. “Azadlıq üçün mübarizə apar, Honq-Konqu azad burax” şüarı ilə çıxış edən müxaliflər bir çox mağazadakı malları dağıdıb, ətrafa zərər vurub.
Polis etirazçılara gözyaşardıcı qazla müdaxilə edib.
Etirazların başladığı gündən indiyə qədər təxminən, 1300-dən çox qruplaşma üzvü saxlanılıb. Xeyli sayda yaralının olduğu bildirilir.
Kamil Əmirli
