Dağıntı və itki olmayan yeganə şəhər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində Hatay vilayəti demək olar ki, yerlə yeksan olub. Ancaq Ərzin rayonunda bircə bina belə dağılmayıb, heç bir tələfat qeydə alınmayıb.
42 min əhalisi olan Ərzin Hataydan 110, Osmaniyədən 20 kilometr uzaqlıqda yerləşir. Yerli mətbuatda bildirilir ki, bu xoşbəxt hadisə yox, bələdiyyə sədri Ökkeş Elmasoğlunun düzgünlüyü, tələbkarlığının nəticəsidir.
Baş verənlərdən sonra bələdiyyə sədri Türkiyədə binaların keyfiyyətsiz tikilməsinə göz yuman məmurlara nümunə kimi təqdim edilir. Onun rəhbərliyindəki şəhərdə tikinti standartlarına ciddi nəzarət etdiyi bildirilir.
Ö.Elmasoğlu hesab edir ki, binaların tikintisində keyfiyyətli materiallardan istifadə etdikləri üçün təbii fəlakətdən itkisiz çıxıblar. O, fəaliyyəti müddətində heç bir şəkildə qanunsuz tikintiyə icazə vermədiyini qeyd edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
