Dağlıq sərhədlər, məhdud resurslar | Düşənbə dronlarda hansı imkanları axtarır? - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi xronika”nın budəfəki buraxılışında Tacikistan Ordusunun hərbi potensialı, silahlanma vəziyyəti və Azərbaycanın pilotsuz uçuş aparatlarından istifadə təcrübəsinə artan marağı təhlil olunub.
Bildirilib ki, təxminən 10,8 milyon əhalisi olan Tacikistanın hərbi imkanları məhduddur. Sovet İttifaqının dağılmasından sonra vətəndaş müharibəsi şəraitində formalaşan ölkə ordusunun silahlanmasında sovet istehsalı tanklar, artilleriya sistemləri və hərbi texnika əsas yer tutur. Müasir qırıcı aviasiyanın olmaması və məhdud maliyyə imkanları isə ölkənin müdafiə potensialına təsir göstərir.
Qeyd olunub ki, Tacikistanın hərbi müasirləşmə cəhdlərində pilotsuz uçuş aparatları xüsusi əhəmiyyət daşıyır. İranla “Ababil-2” PUA-larının istehsalı istiqamətində əməkdaşlıq cəhdləri, Çindən alınan müşahidə dronları və 2026-cı ilin oktyabrında ABŞ tərəfindən Tacikistan Milli Qvardiyasına 6 pilotsuz aviasiya vasitəsinin verilməsi bu marağın göstəriciləridir.
Vurğulanıb ki, Tacikistan üçün əsas təhlükəsizlik çağırışlarından biri Əfqanıstanla 1 344 kilometrlik sərhədin qorunmasıdır. Ərazisinin təxminən 93 faizi dağlıq olan ölkədə sərhəd müşahidəsi, kəşfiyyat və çevik müdafiə imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Rusiya ilə hərbi asılılıq davam etsə də, Düşənbə Çin, İran, Türkiyə və digər tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır.
Əlavə edilib ki, Azərbaycanla son hərbi təmaslarda PUA bölmələrinin fəaliyyəti, dron operatorlarının hazırlanması və pilotsuz sistemlərdən istifadə təcrübəsinin mübadiləsi müzakirə olunub. Bu əməkdaşlıq hələlik konkret silah tədarükü və ya yeni hərbi müqavilə demək olmasa da, Azərbaycanın Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazandığı təcrübənin Mərkəzi Asiya ölkələrinin də diqqətini cəlb etdiyini göstərir.
#Tacikistan teqi istifadə olunub
- İlham Əliyev Tacikistan Prezidentini qəbul edib - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Dörd ölkənin liderləri yeni idman obyektinin açılış mərasimində bir araya gəlib - Baku TV
