Pleyeri seçin:

Daha bir planetdə yaşamaq mümkün ola bilər | Alimlərdən açıqlama

13 may 2025 585 baxış

Yeni araşdırmaya görə, Veneranın atmosferində həyatın formalaşması üçün əsas ola biləcək molekul – peptid nuklein turşusu mövcud ola bilər.

Bu molekulun quruluşu DNT-yə bənzəyir və o, 98 faizli kükürd turşusunda otaq temperaturunda iki həftə ərzində sabit qala bilir.

Tədqiqat Polşa, Böyük Britaniya və ABŞ-dən olan alimlər tərəfindən aparılıb. Onların fikrincə, Yer həyatının sudan asılı olduğu halda, Venerada mümkün həyat formaları güclü turşu mühitindən, yəni kükürd turşusundan asılıdır.

Polşalı alim Yanuş Yurand Pentkovskinin sözlərinə görə, qəbul olunmuş fikir budur ki, konsentrləşdirilmiş kükürd turşusu bütün orqanik maddələri məhv edir. Amma tədqiqat sübut etdi ki, bu, tam olaraq belə deyil.

Bu fikir əvvəllər Venera atmosferində fosfin və ammonyak kimi Yer üzərində bioloji aktivliklə əlaqələndirilən maddələrin aşkarlanmasından sonra irəli sürülən fərziyyələri gücləndirir. Yeni tədqiqat isə bu iddialara molekulyar əsas verir.

Bununla belə, elm adamları qeyd edirlər ki, 50°C-dən yuxarı temperaturda peptid nuklein turşusu artıq sabit deyil. Halbuki Veneranın bulud qatlarında temperatur 0-dan 100°C-yə qədər dəyişir.

Alimlərin növbəti məqsədi bu temperatur aralığında sabit qalan və "qeyri-yer həyatının DNT-si" rolunu oynaya biləcək bir polimer yaratmaqdır. 

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 585 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 585 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 585 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 585 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 585 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 585 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 585 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 585 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 585 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 585 baxış
Seçilmişlər
icon