Daha heç kim "Ərim içirdi, qayınanam pis idi” deyə bilməyəcək!
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib.
"24.kg" saytı xəbər verir ki, Nazirlər Kabinetinin sədri Akılbek Japarov müavini Edil Baysalova sosial şəbəkələrdə çıxan yazıların monitorinqinə başlamağı tapşırıb.
“Biz adət-ənənələrimizə zidd olan məlumatların yayılmasını məhdudlaşdırmalıyıq. Bəzi qadınlar öz atalarını tərifləyirlər, eyni zamanda qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar. Onlar nümunə deyillər”, – deyə Nazirlər Kabinetinin sədri bildirib.
Qeyd edək ki, Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonuna məişət zorakılığı qurbanlarının sayı 13 104 nəfər olub. Onların 95 faizini qadınlar təşkil edir.
#Qırğızıstan teqi istifadə olunub
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
