Dünya
Pleyeri seçin:
Danimarka polisi Quranı yandıran oğlana dəstək oldu
Danimarkada növbəti dəfə “Qurani-Kərim”in yandırılmasına cəhd edilib. Hadisə ölkədəki Pakistan səfirliyinin yaxınlığında baş verib.
Məlumata görə, İraq vətəndaşı olan qadın müqəddəs kitabın yandırılmasına mane olmağa çalışarkən polis əməkdaşlarının hücumuna məruz qalıb.
Kadrlarda da göründüyü kimi, danimarkalı ifrat sağçı zirehli jilet geyinərək Quranı yandırmağa hazırlaşır. Bu zaman yoldan keçən qadın Quranı götürərək qaçmağa çalışsa da, fəalı mühafizə edən polis onu yerə yıxır. Daha sonra Quranı əlindən alır və kitabı cırır.
Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub.
Kopyalandı
Seçilmişlər