Pleyeri seçin:

Dinamit partlatdılar, divarları döydülər, heç kəs eşitmədi: Mədənçilərin tükürpərdən xilası

22 noyabr 2026 15 baxış

2010-cu il avqustun 5-də Çilinin Atakama səhrasındakı San Xose mis və qızıl mədənində baş verən güclü uçqun nəticəsində 33 şaxtaçı yerin təxminən 700 metr dərinliyində köməksiz qaldı. Təxminən 800 min tonluq qaya kütləsi şaxtanın çıxışını bağladı, mədənçilər isə elektrik, rabitə və havalandırma imkanlarından məhrum oldular.

Növbə rəisi Luis Ursuanın rəhbərliyi və Mario Sepulvedanın ruh yüksəkliyi sayəsində şaxtaçılar cəmi 48 saatlıq qida ehtiyatını bölüşdürərək sağ qalmağa çalışdılar. Qəzanın 17-ci günündə axtarış zondlarından biri onların sığınacağına çatdı. Mədənçilər zond vasitəsilə göndərdikləri məktubda “Sığınacaqda 33 nəfərik və hamımız sağ-salamatıq” yazdılar.

Çili prezidenti və dağ-mədən nazirinin nəzarəti altında, NASA mütəxəssislərinin də iştirak etdiyi genişmiqyaslı xilasetmə əməliyyatına başlanıldı. Çətinliklərə baxmayaraq, 65-ci gündə – oktyabrın 9-da qazma işləri şaxtaçıların sığınacağına çatdı.

Oktyabrın 12-dən 13-nə keçən gecə xüsusi “Fenix” kapsulu vasitəsilə xilasetmə əməliyyatına start verildi. İlk olaraq Florensio Avalos yerin üzünə çıxarıldı. Təxminən 22 saat davam edən və 22 milyon dollara başa gələn əməliyyat nəticəsində 33 şaxtaçının hamısı sağ-salamat xilas edilərək ailələrinə qovuşdu.

 Yaşadıqları dəhşətli günlər barədə danışmamaq üçün razılığa gələn şaxtaçıların hekayəsi 2015-ci ildə Antonio Banderasın baş rolda çəkildiyi “33” filmində ekranlaşdırıldı.

Kopyalandı
Banner
Sənaya endirilən hava zərbəsi barədə nə məlumdur?

Sənaya endirilən hava zərbəsi barədə nə məlumdur?

Dünya
23 noyabr 2026 15 baxış
Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib

Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib

Dünya
23 noyabr 2026 15 baxış
Fabrikdəki yanğından sonra itkin düşənlərin axtarışı necə gedir?

Fabrikdəki yanğından sonra itkin düşənlərin axtarışı necə gedir?

Dünya
23 noyabr 2026 15 baxış
Kanadanın Baş naziri bu sözləri hansı kontekstdə deyib?

Kanadanın Baş naziri bu sözləri hansı kontekstdə deyib?

Dünya
23 noyabr 2026 15 baxış
Pezeşkian hökumətdə parçalanma iddialarına cavab verdi - Baku TV CANLI

Pezeşkian hökumətdə parçalanma iddialarına cavab verdi - Baku TV CANLI

Dünya
23 noyabr 2026 15 baxış
Tramp, Putin və Si bir masada: Ukrayna üzrə razılaşma əldə olundumu? - Baku TV

Tramp, Putin və Si bir masada: Ukrayna üzrə razılaşma əldə olundumu? - Baku TV

Dünya
23 noyabr 2026 15 baxış
Pezeşkiyan hökumətdə fikir ayrılığı iddialarına cavab verdi - Baku TV

Pezeşkiyan hökumətdə fikir ayrılığı iddialarına cavab verdi - Baku TV

Dünya
23 noyabr 2026 15 baxış
Pakistanın böyüklüyünə görə ikinci şəhərində nə baş verir? - Baku TV

Pakistanın böyüklüyünə görə ikinci şəhərində nə baş verir? - Baku TV

Dünya
23 noyabr 2026 15 baxış
ABŞ-də miqrasiya qaydaları dəyişir? | Tramp açıq sərhədlərə qarşı çıxdı - Baku TV

ABŞ-də miqrasiya qaydaları dəyişir? | Tramp açıq sərhədlərə qarşı çıxdı - Baku TV

Dünya
23 noyabr 2026 15 baxış
Ukrayna cəbhəsində müharibənin taktikası dəyişir - Baku TV CANLI

Ukrayna cəbhəsində müharibənin taktikası dəyişir - Baku TV CANLI

Dünya
22 noyabr 2026 15 baxış
Seçilmişlər
icon