Donald Trampdan İranla bağlı gözlənilməz açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də prezidentliyə namizəd Donald Tramp ümid edir ki, 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, İranla dostluq münasibətləri qura biləcək.
Bu barədə o, Nyu-Cersi ştatının Bedminster şəhərində keçirdiyi mətbuat konfransında bildirib.
“Mən İrana qarşı pis rəftar etmək istəmirəm. Ümid edirəm ki, İranla dostluq münasibətində olacağıq. Ola bilsin ki, nəticə verəcək, bəlkə də alınmayacaq”, – deyə o qeyd edib.
D.Tramp həmçinin bildirib ki, yaxşı münasibətlər qurmaq üçün İran nüvə silahına malik olmamalıdır.
Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu İranın D.Trampın seçki qərargahına təşkil etdiyi iddia edilən kiberhücumla bağlı araşdırma apardığını təsdiqləyib. İranın BMT-dəki daimi nümayəndəliyi rəsmi Tehranın “kiberhücumlar həyata keçirmək niyyətində və ya planının olmadığını” bəyan edib və həmçinin qeyd edib ki, İran hakimiyyəti ABŞ-də keçirilən seçkilərə müdaxilə etmir.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
