Pleyeri seçin:

Dövlətə meydan oxudular | Türkiyə üçün hansı planlar quruldu?

03 aprel 2024 384 baxış

“Türkiyədə əvvəldən xarici kəşfiyyat orqanları ilə birlikdə planlaşdırılan və seçki mərhələsində gerçəkləşdirilməyə çalışılan, ancaq uğurlu olmayan, eyni zamanda səsvermə zamanı xalqı üsyana təşviq üçün təxribatlara əl atan PKK yenə öz çirkin əməllərindən əl çəkmir”.

Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General bu iğtişaşların Türkiyənin terrora qarşı mübarizəsini zəiflətmək məqsədi daşıdığını bildirib:

“Vanda əvvəldən ölkənin konstitusional quruluşuna qarşı törətdiyi cinayətlərə görə hüquqi prosedura uyğun şəkildə mandat seçilən bələdiyyə sədrinə yox, sonrakı namizədə verildi. PKK isə tərəfdarlarını demokratik haqları axtarmaq bəhanəsi altında küçəyə çıxmaq təlimatı verdi. Buna görə də Van, Batman, Hakkari, Adana və İstanbulda terror təşkilatının tərəfdarları küçələrə axışaraq dövlətə meydan oxumağa cəhd etdilər.

Belə məsələlərlə bağlı dövlətimizin böyük təcrübəsi var və bu dəfə də kirli oyun oynamaq istəyənlərin planları boşa çıxacaq. Eyni planlar ölkəmizdə 8 avqust 2015 və 9 mart 2016-cı illərdə həyata keçirilən “Xəndək əməliyyatı” zamanı da gündəmdə idi, amma dövlətimiz o planları hazırlayanları məhv etdi.

Bəs bunların məqsədi nədir? Məqsədləri Türkiyədə terrorun qarşısının alınmasına, İraqda mərkəzi hökumətlə birlikdə PKK-nın yox edilməsinə, seçkilərdən sonra keçirilməsi nəzərdə tutulan antiterror əməliyyatına, PKK və YPG terrorçularının birləşməsinə qarşı atılacaq addımlara mane olmaqdır. Buraya Suriyadakı antiterror fəaliyyətlərimiz də daxildir. Türkiyənin son terrorçu yox edilənədək mübarizəsi bitməyəcək”.

Qeyd edək ki, martın 2-də PKK tərəfdarları Türkiyənin Diyarbəkir, Batman, Hakkari, Adana, İstanbul və s. şəhərlərində kütləvi iğtişaşlar törətməyə cəhd ediblər. Polis iğtişaşlara qarışan 89 nəfəri saxlayıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 384 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 384 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 384 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 384 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 384 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 384 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 384 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 384 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 384 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 384 baxış
Seçilmişlər
icon