Pleyeri seçin:
Dubaydakı sammitdə III Çarlz yunan bayrağı naxışlı qalstuk taxdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya kralı III Çarlz BMT-nin Dubayda keçirilən iqlimlə bağlı COP28 konfransında Yunanıstan bayrağının rənglərinə və simvollarına bənzəyən mavi və ağ rəngli qalstuk taxıb.
Bu barədə Amerikanın “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik hadisənin Britaniya Muzeyindəki Parfenon heykəlləri ilə bağlı ölkələr arasında diplomatik qalmaqal fonunda baş verdiyini vurğulayıb. Lakin kralın xarici görünüşü ilə hər hansı açıqlama verməyə çalışıb-çalışmadığı aydın deyil.
“Əlahəzrətin bu gün taxdığı qalstuk sadəcə olaraq onun hazırkı kolleksiyasından biridir”, – Bukingem Sarayının nümayəndəsi bildirib.
Kopyalandı
#Böyük Britaniya teqi istifadə olunub
- Ukraynaya ayrılan 10 milyardlıq yardımın 7 milyardı iqtisadi yardıma, 3 milyardı silah tədarükünə gedəcək
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
