Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Çoxsaylı məsləhətləşmələr aparılır. Əslində, məsləhətləşmələr, danışıqlar heç vaxt dayanmayıb. Fasiləsiz məsləhətləşmələr aparılır, bəzi hallarda birbaşa, lakin əksər hallarda vasitəçilər vasitəsilə. Prezident Donald Tramp mümkündürsə, dünyadakı istənilən problemi diplomatik və sülh yolu ilə həll etməyə üstünlük verir. O etiraf edir ki, təəssüf ki, dünyada sülh yolu ilə həll edilməsi mümkün olmayan bəzi problemlər var, lakin biz onları məhz bu cür – diplomatik yolla həll etməyə üstünlük veririk", – deyə Rubio bildirib.
#ABŞ teqi istifadə olunub
- Bir qurğu ABŞ-də uçuşları necə dayandırdı? | İƏT Nazirlər Şurasının 30-cu iclası - YENİ BİR SƏHƏR
- Dörd saatlıq nasazlıq, minlərlə ləğv edilən reys | ABŞ-nin aviasiya sistemi niyə çökdü? - Baku TV
- Lavrovdan danışıqlarla bağlı açıqlama
- ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
