Pleyeri seçin:

Dünya ölkələri silahlanma təlaşında - Səudiyyə Ərəbistanı 100 KAAN alacaq | HƏRBİ XRONİKA

02 fevral 2025 590 baxış

“Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda uzun illər NATO blokunun quru qoşunları arasında ikinci əsas güc olması ilə tanınan Türkiyənin müdafiə sənayesindən bəhs olunub.

Zaman-zaman məruz qaldığı haqsız və çoxməqsədli sanksiyalar qarşısında özünün yerli və milli istehsalına yönələn Türkiyənin ötən qısa dövr ərzində bu istiqamətdə qazandığı uğurlar indi çoxlarını şoka salıb.

Ölkənin 2024-cü ilin yekun nəticələrinə görə, açıqladığı hesabatlar bu istiqamətdə olan uğurları bir daha gözlər önünə sərir.

2024-cü ilin hesabatlarında ANKA, “Aksungur”, “Akıncı” kimi digər pilotsuz döyüş modellərinin hazırda dünyanın 50 ölkəsinə ixrac edildiyi təsbit olunub. Bu döyüş vasitələrinin müqavilə tərəfdaşlarına təhvil verilmiş ümumi ixrac sayı isə 770 ədəddir.

Hava döyüş və kombinə edilmiş döyüş-təlim vasitələri kimi təyyarə və helikopter istehsalında da qardaş ölkənin uğurları artan istiqamətdə inkişaf edib. Bunlardan “Hürkuş” təyyarələrinin ixracı 2 ölkəyə 5 belə hava vasitəsinin satışını təsbit edir. Milli istehsallı hücum helikopterləri isə dünyanın 8 ölkəsinə ixrac edilir.

Türkiyənin yerli və milli istehsal olan müxtəlif yüngül atıcı silahlar üzrə ixrac siyahısı 111 ölkəni əhatə edir.

Hazırda sadalanan məhsullardan başqa, xüsusilə Türkiyənin istehsal prosesində olan yeni nəsil milli döyüş təyyarəsi – KAAN və pilotsuz hava döyüş vasitəsi “Bayraktar Kızılelma” kimi müdafiə sənayesi məhsullarına diqqət kəsilən dünya ölkələri real olaraq seriya istehsalına başlanmazdan əvvəl onların alışı üçün növbəyə durub. Bir qədər əvvəl 100 ədəd KAAN milli döyüş təyyarəsinin satın alınması ilə bağlı Səudiyyə Ərəbistanı və Türkiyənin müvafiq qurumları arasında əldə edilən razılaşma da dünyada türk silahlarının sürətlə artan nüfuzunu və etibarını nümayiş etdirən daha bir göstəricidir.

Əldə edilən nailiyyətlərlə dünyada müdafiə sənaye məhsullarının ixracı sahəsində 11-ci yerə yüksələn Türkiyə bunlardan 7,2 milyard dollara yaxın gəlir əldə edib. Önəmli faktdır ki, bu vəsaitin 3 milyard dollara yaxın hissəsi məhz Avropa ölkələrinə silah satışından əldə edilib.

İnsanlar niyə sərhədə axın etdi? - Avropada miqrasiya böhranının görünməyən üzü - Baku TV

İnsanlar niyə sərhədə axın etdi? - Avropada miqrasiya böhranının görünməyən üzü - Baku TV

Dünya
03 avqust 2026 590 baxış
ABŞ-də müxtəlif qurumlardan 900-dən çox əməkdaş bu işə səfərbər edildi

ABŞ-də müxtəlif qurumlardan 900-dən çox əməkdaş bu işə səfərbər edildi

Dünya
03 avqust 2026 590 baxış
Avstraliyada bu virusa görə ilk kütləvi ölüm qeydə alındı

Avstraliyada bu virusa görə ilk kütləvi ölüm qeydə alındı

Dünya
03 avqust 2026 590 baxış
Polis bölməsi önündə qorxunc partlayış | Qardaş ölkədə baş verən hadisənin detalları - Baku TV CANLI

Polis bölməsi önündə qorxunc partlayış | Qardaş ölkədə baş verən hadisənin detalları - Baku TV CANLI

Dünya
03 avqust 2026 590 baxış
Xəzərdə dəhşətli hadisə | Bir ailənin 3 üzvü dənizdə batdı - Baku TV CANLI

Xəzərdə dəhşətli hadisə | Bir ailənin 3 üzvü dənizdə batdı - Baku TV CANLI

Dünya
03 avqust 2026 590 baxış
Türkiyə ilə danışıqları aparan şəxs indi də parlamentə rəhbərlik edəcək - Baku TV CANLI

Türkiyə ilə danışıqları aparan şəxs indi də parlamentə rəhbərlik edəcək - Baku TV CANLI

Dünya
03 avqust 2026 590 baxış
Vladimir vilayətində “Wildberries” anbarına PUA hücumu

Vladimir vilayətində “Wildberries” anbarına PUA hücumu

Dünya
03 avqust 2026 590 baxış
Yeni hökumət Ermənistanı necə dəyişdirəcək? - Paşinyan kimləri komandadan kənarlaşdıracaq? - Baku TV

Yeni hökumət Ermənistanı necə dəyişdirəcək? - Paşinyan kimləri komandadan kənarlaşdıracaq? - Baku TV

Dünya
03 avqust 2026 590 baxış
Pakistanda kamikadze hücumu | Terrorçu polis bölməsinin qarşısında... - Baku TV

Pakistanda kamikadze hücumu | Terrorçu polis bölməsinin qarşısında... - Baku TV

Dünya
03 avqust 2026 590 baxış
ABŞ generalından inanılmaz etiraf

ABŞ generalından inanılmaz etiraf

Dünya
03 avqust 2026 590 baxış
Seçilmişlər
icon