Dünyanı gözləyən faciə | Alimləri təşvişə salan xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Kampi Fleqrey supervulkanında güclü seysmik aktivlik alimləri ciddi narahatlığa salıb.
Son altı ayda bölgədə 3 mindən çox kiçik yeraltı təkan qeydə alınıb ki, bu da normadan qat-qat artıqdır.
Bildirilir ki, supervulkanın püskürməsi qlobal miqyasda fəlakətə gətirib çıxara bilər. Lavalar, kül buludları və ölümcül qaz axınları milyonlarla insanın həyatını təhlükəyə ata bilər. Kampi Fleqrey hazırda 4 milyondan çox insanın yaşadığı Neapol metropoliyasını təhdid edir.
İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, maqma yer səthindən cəmi bir neçə kilometr dərinlikdə yerləşir.
Vulkanın aktivliyini göstərən daha bir əlamət də karbon qazı emissiyalarının artmasıdır. Hazırda bu göstərici gündə 4000-5000 ton təşkil edir.
Qeyd edək ki, Kampi Fleqrey adlanan bu nəhəng vulkan sonuncu dəfə 1538-ci ildə püskürüb.
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
