Dünyanın danışdığı xəbər | Səudiyyə Ərəbistanı şahzadəsinə qarşı sui-qəsd cəhdi edilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya mediasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdi edildiyinə dair informasiyalar yayılıb.
Sosial şəbəkələrdə hətta sözügedən hadisə ilə bağlı görüntülər belə paylaşılıb.
İddialara görə, şahzadə Məhəmməd bin Salmanın avtomobil karvanına hücum edilib və nəticədə nəqliyyat vasitələrindən biri yanıb. Qeyd olunub ki, şahzadə xoşbəxtlikdən heç bir zədə almasa da, mühafizəçilərdən bir neçəsi həyatı itirib.
Məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Bir sıra mənbələrdə isə sözügedən görüntülərin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb. Qeyd olunub ki, sui-qəsd cəhdi ilə bağlı informasiyalar reallığı əks etdirmir.
Sosial şəbəkələrdə yayılan videolar isə martda paytaxt Ər-Riyadda baş verən avtomobil qəzasına aiddir.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
