Pleyeri seçin:
Dünyanın ən böyük elektrik gəmisi suya salındı
Avstraliyanın Hobart şəhərinin limanında istehsalçısının dünyanın ən böyük gəmisi adlandırdığı elektrik gəmisi suya salınıb.
Bu barədə "The Guardian" nəşri məlumat verib.
Bildirilib ki, "Incat" şirkəti tərəfindən yaradılmış "Hull 096" gəmisinin uzunluğu 130 metr təşkil edir. Gəmi 2100 sərnişin və 225 nəqliyyat vasitəsi tutumuna malikdir.
Qeyd olunub ki, gəmi ancaq akkumulyatorlardan əldə edilən elektrik enerjisi ilə işləyəcək. Onların çəkisi isə 250 ton təşkil edir.
Gəmiqayırma şirkəti bu layihəni indiyədək həyata keçirdikləri sırasında ən mürəkkəb və ən iddialı olaraq xarakterizə edir.
Kopyalandı
#Avstraliya teqi istifadə olunub
