Pleyeri seçin:

Dünyanın ən qəddar həkimi | "Ölüm mələyi"nin amansız təcrübələri - ARAŞDIRMA

06 dekabr 2024 180 baxış

Baku TV-də 400 mindən çox yəhudinin cəlladı olan və “Ölüm mələyi” adlandırılan doktor Yozef Mengele haqqında araşdırma materialı yayımlanıb.

Bildirilib ki, Auşvitz həbs düşərgəsinin məşhur həkimi Yozef Mengele 1911-ci il martın 16-da Bavariyada anadan olub.

Y.Mengele 1938-ci ildə doktorluq dərəcəsi alır. O, 1940-cı ildə həkim kimi İkinci Dünya müharibəsində iştirak edir. 1942-ci ildə isə yaralanır və müharibədə iştirak üçün yararsız olur. Sağaldıqdan sonra o, Auşvitz həbs düşərgəsinin qaraçılar olan bölməsinə həkim təyin edilir.

Y.Mengele 21 ay ərzində məhbuslara olmazın müsibətlərini yaşadaraq “Ölüm mələyi” adını qazanır. Əsasən əkizlər və fiziki qüsurlu insanlarla maraqlanan həkimin əlindən 900-dən 1500-ə qədər əkiz uşağın əziyyət çəkdiyi təxmin edilir.

Əkizlərdən birini normal şəraitdə saxlayan həkim digərini buza qoyur və ya bədəninə elektrik cərəyanı buraxırdı. Bir əkiz öləndə digərini də öldürür, yarır, aralarında olan fərqləri araşdırırdı.

Y.Mengele həmçinin hər hansı fiziki qüsuru olan insanları diqqətlə öyrənir, onların hündürboy və ya liliput olmalarının səbəbini axtarırdı. O, iki uşağı bir-birinə tikərək onlardan siam əkizləri yaratmağa çalışsa da, uşaqlar bir neçə günə iltihabdan ölürdülər.

1944-cü ildə düşərgənin yarısının bağlanması səbəbindən bütün qaraçılar qaz kamerasında məhv edilir və Y.Mengele Birkenauya baş həkim təyin edilir.

1945-ci ilin əvvəlində Alman Ordusunun məğlub olacağını bilən Y.Mengele tədqiqatlarının sənədlərini götürüb Qross Rozen düşərgəsinə, oradan isə qərb tərəfə qaçır.

1949-cu ildə nasistlərin ölkədən qaçdıqları “siçovul cığırı” adlandırılan yol ilə Y.Mengele Argentinaya qaçır, orada qeyri-qanuni tibbi fəaliyyət ilə məşğul olur. Xəstələrindən birinin ölümü nəticəsində həkim təhlükəsizlik orqanları ilə problem yaşayır və Paraqvaya qaçmağa məcbur olur.

70-ci illərin sonunda Volfqanq Gerhard Avstriyaya qayıtdıqdan sonra Y.Mengele onun adından və sənədlərindən istifadə edir. Bu adla o, 1979-cu ildə San Paulu yaxınlığında dəfn edilir. Y.Mengelenin qalıqları ekshumasiya edilir və onun şəxsiyyəti 1985-ci ilin iyulunda Braziliya hakimiyyəti tərəfindən təsdiq edilir.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 180 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 180 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 180 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 180 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 180 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 180 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 180 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 180 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 180 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 180 baxış
Seçilmişlər
icon