Dünya
Pleyeri seçin:
Dünyanın ən uzun müddətli koronavirus xəstəsi | Niderland
1 ildən çox müddətdə koronavirusun 50 mutasiyasını keçirən yaşlı kişi həyatını itirib. Hadisə Amsterdamda baş verib. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, həmin şəxs 2022-ci ilin fevralından bu günədək 613 gün müddətində xəstəliyin daşıyıcısı olub. O, “omicron” ştamına yoluxub və tibb müəssisəsində müalicə alıb.
Həmçinin onun xəstələnmədən əvvəl infeksiyaya qarşı bir neçə dəfə peyvənd olunduğu da qeyd edilir. Mərhumun bədənindəki virus cəmi üç həftə ərzində COVID-19 əleyhinə dərmanın aktiv maddəsinə uyğunlaşaraq mübarizə aparmağa başlayıb.
Prosesi araşdıran alimlərin fikrincə, bu, dünyada ən uzun müddət davam edən koronavirus xəstəliyidir.
Kopyalandı
Seçilmişlər