Düz yarım milyona satılır! - Keçmiş və gələcəyi özündə birləşdirən maşının özəllikləri
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya şirkəti “Automobili Mignatta” debüt modeli ‒ “Rina” spidsterini təqdim edib.
“Auto.ru” xəbər verir ki, 1960-cı illərin idman avtomobilləri üslubunda hazırlanan yeni model 260 min avrodan başlayan qiymətə malikdir. İl ərzində əllə hazırlanmış 30-dan çox nüsxənin istehsal edilməsi planlaşdırılır.
Şirkətin qurucusu Hose Minyattanın nənəsi Katerinanın şərəfinə adlandırılan spidster uzun kapot və klassik konturlara malikdir. Onun əsasını karbon material təşkil edir.
Kapotun arxasında “Italtecnica Engineering” şirkəti tərəfindən hazırlanmış beş literlik atmosfer V8 quraşdırılıb.
Avtomobilin digər texniki xüsusiyyətləri hələ açıqlanmayıb.
Dəri və karbon lifi ilə üzlənmiş salon da retro üslubunda hazırlanıb. Burada yalnız analoq cihazlar, açar və düymələr var.
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
