“Elə bir gün yaşayacağıq ki...” | Putin-Tramp görüşü Peskov nələr açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Alyaskaya uçan Rusiya nümayəndə heyətinin təyyarəsindən videogörüntülər yayılıb.
Kadrlarda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin müxbirlərindən biri ilə söhbət aparır.
Peskov bildirib ki, Tramp-Putin görüşünün keçirilməsi barədə qərar çox qısa müddətdə qəbul olunub və bu, standartdan kənar vəziyyətdir.
Onun sözlərinə görə, təşkilat zamanı müəyyən çətinliklər yaransa da, hazırlıqlar tez bir zamanda başa çatdırılıb.
Mətbuat katibi vurğulayıb ki, Vladimir Putin Ukrayna ilə münasibətlərin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır və bunu dəfələrlə bəyan edib.
Görüşdə əvvəlcə liderlər arasında ikitərəfli danışıqlar, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılacaq, yekunda isə Tramp və Putin birgə mətbuat konfransı keçirəcək.
Alyaska ilə Moskva arasındakı vaxt fərqinə toxunan Peskov 15 avqust tarixinin Rusiya nümayəndə heyəti üçün “iki iş gününə bərabər” olacağını bildirib. O, Çingiz Aytmatovun əsərinə istinad edərək bu günü “Əsrə bərabər gün yaşayacağıq” kimi xarakterizə edib.
Peskovun sözlərinə görə, bu görüş təkcə diplomatik təmas deyil, həm də dünyanın gələcək nizamını və müharibələrin taleyini dəyişdirə biləcək tarixi hadisə ola bilər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
