Ən dəhşətlisi odur ki... | Ziyarət üçün xüsusi icazənin tələb olunduğu ada
Yeniliklərdən dərhal xəbərdar olun
Povelya adası İtaliyanın ən sirli və qorxulu yerlərindən biridir.
Adaya ilk məskunlaşma prosesi 7-ci əsrdə baş verib və yaşamaq üçün sakit bir yer olub.
1378-ci ildən 1381-ci ilə qədər davam edən Koci müharibəsi zamanı hər şey dəyişib. Nəticədə Povelya tərk edilib.
Adada ən dəhşətli hadisə vəba epidemiyası zamanı baş verib. O dönəmdə 100 minə yaxın xəstənin cəsədi böyük çuxurlara atılaraq yandırılıb.
Povelya üç kiçik adadan ibarətdir. Bunlardan ikisi təbii yolla əmələ gəlib, üçüncüsü isə taxta dirəklərdən və bir neçə torpaq qatından istifadə edildiyinə görə Venesiyanı xatırladır.
Adalardan biri tamamilə bitki örtüyü ilə örtülüb, digərlərində isə əsas tikililər var. Onlardan ən kiçiyi səkkizbucaqlıdır ki, müdafiə üçün kiçik qala kimi istifadə olunub.
Bura qorxu və adrenalin həvəskarı üçün ideal məkandır. Lakin adaya getmək o qədər də asan deyil. Bura ictimai ziyarətlərə açıq deyil və onu şəxsən görmək üçün xüsusi icazə almaq lazımdır.
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
