Pleyeri seçin:
Ən təhlükəli avtomobillər ifşa olundu | Əgər bu maşınlara minsəniz...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin araşdırma şirkəti olan “iSeeCars” ən təhlükəli beş avtomobilin adını çəkib.
Şirkətin araşdırmalarına görə, “Hyundai Venue” krossoverləri, “Chevrolet Corvette” və “Porsche 911” idman avtomobillərində, həmçinin kompakt “Mitsubishi Mirage” avtomobilləri və “Honda CR-V” krossoverinin hibrid versiyasında qəza zamanı avtomobilin sürücüsü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Halbuki, bu maşınlar qabaqcıl yardım sistemləri ilə təchiz olunublar.
Riskli avtomobillər arasında “Tesla”nın iki modeli də var. Siyahıda “Kia Forte”, “Kia Seltos” və “Kia Soul” kimi maşınları da görmək olar.
Kopyalandı
