Ən uzaq qalaktikada görün nə tapıldı | İnsan gözü ilə görünməsə də...
Yeniliklərdən dərhal xəbərdar olun
Astronomlar ən uzaq məlum qalaktikada oksigen və ağır metallar aşkar ediblər. Söhbət "JADES-GS-z14-0"dan gedir.
Bu qalaktika Yerdən 13,4 milyard işıq ili uzaqlıqda yerləşir və kainatın ilk dövrlərində formalaşıb.
O, 2024-cü ilin yanvar ayında Ceyms Uebb kosmik teleskopu vasitəsilə aşkar edilib. Bu teleskop insan gözünün görə bilmədiyi infraqırmızı işıqda kainatı müşahidə edir.
"JADES-GS-z14-0" qalaktikasından çıxan işığın Yerə çatması üçün 13,4 milyard işıq ili lazımdır. Buna görə də C.Uebb və digər rəsədxanalar qalaktikanın 300 milyon il öncəki halını görürlər.
Astronomlar oksigen və ağır metalların mövcudluğunu aşkar edərək heyrətə gəliblər. Bu, kainatın ilk dövrlərində qalaktikaların ehtimal olunandan daha sürətli formalaşdığını göstərir.
#Kosmik tədqiqatlar teqi istifadə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Başqa planetlərdə Yerdəkinə bənzər əlamətlər aşkarlanıb
- Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?
- Planetin daxilindəki sirli strukturlar nədir və alimlər onları necə araşdırır?
- Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb
