Epşteyn qalmaqalının gerçək üzü: Qərblə bağlı gizli gerçəklər üzə çıxır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-li maliyyəçi Cefri Epşteynin işi üzrə materiallar Qərb elitalarının açıq-aşkar satanizmini üzə çıxarıb.
Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində səsləndirib.
Nazir bildirib ki, bu mövzu “kollektiv Qərb” adlandırılan anlayışın əsl simasının üzə çıxması ilə bağlıdır və baş verənlər insan anlayışının da aşağısında olan, saf formada satanizm təsiri bağışlayır.
Xatırladılır ki, daha əvvəl irlandiyalı iqtisadçı Filip Pilkinqton Böyük Britaniyanın Rusiyanı Epşteyn işi ilə əlaqələndirməyə yönəlmiş cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirib.
Eyni zamanda britaniyalı siyasətçi Corc Qellouey RT telekanalının efirində deyib ki, maliyyəçinin guya Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə yayılan saxta məlumatlar Atlantik okeanının hər iki tərəfində elitaları bürümüş “çarəsizliyin” göstəricisidir.
#Ceffri Epşteyn teqi istifadə olunub
- Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib?
- Epşteynin kamerasında tapılan məktubda nələr yazılıb? | Ölümündən həftələr öncə... - Baku TV
- Qalmaqallı maliyyəçi Epşteyn ilə bağlı yeni detallar üzə çıxıb
- Melaniya Tramp Epşteynlə heç bir əlaqəsinin olmadığını deyib
- “Eşpteyn işi”ndə həqiqətlər üzə çıxır? | İfadə verəcək şəxslər açıqlandı
