Pleyeri seçin:
Ərdoğan hansı halda yenidən seçkidə iştirak edəcək?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 31 martda keçiriləcək bələdiyyə seçkilərini özünün son seçkisi adlandırması Türkiyədə müzakirə edilir.
Mövzu ilə bağlı danışan Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ da Ərdoğanın qarşıdan gələn yerli özünüidarəetmə orqanlarına seçkilərin onun sonuncu seçkisi olacağını təsdiqləyib.
“Bu seçkilər Prezidentimizin dediyi kimi, onun son seçkiləridir. Çünki Konstitusiyaya görə, prezidentlik müddəti beş ildir və bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Bununla belə, Konstitusiyaya görə, parlament prezidentin ikinci müddətində növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq”, – B.Bozdağ X-də yazıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
