Ərdoğan "Superkubok təxribatı"nın məqsədini ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Səudiyyə Ərəbistanında yaşanan “Superkubok böhranı” ilə bağlı Türkiyə və ölkənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdi var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəmizi müxtəlif təxribatlarla regiondakı tərəfdaşlarından, çox güclü tarixi, dini, insani, iqtisadi və ticari əlaqələri olan qardaş ölkələrdən ayırmaq cəhdlərindən xəbərdarıq. Yay aylarında Türkiyənin ən mühüm gəlir mənbələrindən biri olan turizmi sarsıtmaq üçün kampaniya aparıldı. İndi müxalifət partiyalarının dəstəyi ilə idman vasitəsilə də analoji dalğanın yaradılmasına çalışıldığını görürük.
Təsadüfi deyil ki, bu nifrət dalğası Türkiyəyə sərmayə qoyan, zəlzələ faciəsi də daxil olmaqla, çətin anlarda yanımızda olan, ən mühüm ticarət tərəfdaşlarımızdan olan qardaş ölkələri hədəf alır. Türkiyənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdləri var. Əvvəlki çirkin ssenariləri məhv etdiyimiz kimi, Allahın izni ilə bu oyunu da mütləq məhv edəcəyik”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan “Qalatasaray” – “Fənərbağça” superkubok matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
