Ərdoğan Rəisi ilə Cənubi Qafqazı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib. R.T.Ərdoğan Fələstin məsələsinin Türkiyə və İranın diqqət mərkəzində olduğunu vurğulayıb.
İbrahim Rəisi isə bildirib ki, Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur. Onun sözlərinə görə, İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir.
İ.Rəisi həmçinin Fələstin məsələsinə toxunaraq bütün dünyanın İsrailə təzyiq etməli olduğunu deyib.
Qeyd edək ki, mətbuat konfransından sonra İranla Türkiyə arasında müxtəlif sahələri əhatə edən 10 müqavilə imzalanıb.
#İbrahim Rəisi teqi istifadə olunub
- Əli Şamxani Rəisinin ölümündə sui-qəsd cəhdini mümkün hesab edir
- Rəisinin düşdüyü helikopter qəzasının əsas səbəbi bu imiş
- İran Silahlı Qüvvələrinin Baş Qərargahından Rəisinin ölümü ilə bağlı vacib açıqlama
- Rəisinin ölümü barədə sensasiyalı xəbər | Xanımı kimə od püskürdü?
- İran kəşfiyyatından təcili məlumat | Ölkədəki ölümcül atışmaların bilinməyənləri
