Erməni bölmə komandiri əsgərləri söyərək döyür
Yeniliklərdən dərhal xəbərdar olun
Araşdırmaçı jurnalist Qayane Zərgəryan erməni zabitlərin əsgərlərə qarşı qanunsuz hərəkətləri ilə bağlı yeni təfərrüatları açıqlayaraq kəskin tənqid edib.
O, bu barədə öz “Youtube” kanalında məlumat yayıb.
“Döyülən hərbi qulluqçu ilə telefon danışığım zamanı məlum olub ki, onu vuran, sonra isə alçaldan zabitlərdən biri bölmənin komandiri, polkovnik Qarik Muradyandır. Çağırışçının sözlərinə görə, o, döyüləndə özünü müdafiə etmək istəyib. Bu hadisədən sonra əsgəri Qafan hərbi polisinə göndəriblər və orada onu ikinci dəfə döyüblər. Əsgərə onun əmrə tabe olmadığı üçün döyüldüyünü deyiblər. O da qeyd edib ki, əmrlərə əməl edir, amma komandir nizamnaməyə uyğun əmr vermir. Bundan sonra daha dörd nəfər onu döyüb. Əsgəri döyənlər uniformalı hərbi polis işçiləri olub”, – deyə erməni jurnalist qeyd edib.
