Pleyeri seçin:

“Erməni xəstəliyi” ilə bağlı şoka salan faktlar | Vaxtında müalicə edilməsə...

28 aprel 2025 662 baxış

Dünyada “Erməni xəstəliyi” adı verilmiş qızdırmadan müalicə ilə bağlı məqamlar açıqlanıb. Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd edək ki, “Ailəvi Aralıq dənizi qızdırması” və ya “Erməni xəstəliyi”nin etnik mənşəli olması artıq ötən əsrin 50-ci illərində aydın olub. 1954-cü ildə Livanda tədqiqat aparan ABŞ-nin tibb professoru Hobart A. Reymann yazırdı: "Livan bu xəstəliyin tədqiqi üçün qeyri-adi imkanlar yaradır. Təxminən 1,3 milyon ərəb əhalisi olan ölkədə həmçinin yüz minə yaxın erməni var. Xəstəlik beş il ərzində 72 nəfərdə qeydə alınıb.

Xəstələrdən 49-u erməni, 23-ü ərəbdir. Burada xəstəliyin adına “erməni” deyirlər”.

Maraqlıdır ki, Ermənistanın özündə xəstəliyə “İrəvan xəstəliyi” adı verilib.

Hazırda Ermənistanda da sakinlər arasında “Ailəvi Aralıq dənizi qızdırması” geniş yayılıb. Bununla yanaşı, cəmiyyətdə hələ də bu mövzuda müəyyən qadağa var. Hər üç və ya dörd ermənidən biri mutasiyaya uğramış genin daşıyıcısıdır. Bir genetik mutasiya ilə isə heç bir əlamət müşahidə olunmur, lakin bu, ermənilər arasında xəstəliyin yayılmasını təsəvvür etmək üçün kifayətdir.

Bununla belə, cəmiyyətdə hələ də bu xəstəliklə bağlı miflər mövcuddur. "Çox vaxt onlar xəstəliyi gizlətməyə çalışırlar. Bir çoxları çəkinir, evlənə bilməyəcəklərindən qorxurlar. Bu arada, yalnız vaxtında aparılan müalicə nəticələrin qarşısını almağa kömək edəcək", – revmatoloq, “Nairi” Tibb Mərkəzinin Revmatoloji-İmmunologiya Xidmətinin rəhbəri Vaan Mukuçyan yerli mətbuata müsahibəsində bildirib.

Xəstəliyin son dərəcə ağır fəsadı həm qadınlarda, həm də kişilərdə sonsuzluqdur. Bu baxımdan Mukuçyan vurğulayıb ki, əgər xəstəlik vaxtında aşkar edilsə və dərman qəbul edilsə, mutasiyaya uğramış genlərin daşıyıcıları üçün uşaq dünyaya gətirmək şansı adi insanlarda olduğu kimidir.

“Erməni xəstəliyi” və ya “Aralıq dənizi qızdırması” səhhətin kəskin pisləşməsi ilə müşayiət olunur. Xəstəlik ümumiyyətlə, müxtəlif simptomlarla xarakterizə edilir. Xəstəliyin əsas əlamətləri qarın və ya döş qəfəsində ağrı ilə birlikdə temperaturun 38-40 dərəcəyə qədər artmasıdır.

Kopyalandı
Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 662 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 662 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 662 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 662 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 662 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 662 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 662 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 662 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 662 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 662 baxış
Seçilmişlər
icon