Pleyeri seçin:
Ermənistan polisi ayağa qaldırıldı | Hava limanında təhlükəli anlar
Ermənistan polisinə Şirak hava limanında partlayıcı qurğunun qoyulması barədə xəbər daxil olub.
Hüquq mühafizə orqanlarından yerli mediaya verilən açıqlamaya görə, xəbərdarlıqdan dərhal sonra sözügedən hava limanı boşaldılıb.
Xəbərdə bildirilib ki, əməkdaşlar təxliyə edildikdən sonra mütəxəssislər partlayıcı qurğunun axtarışına başlayıblar.
“Hazırda polis qüvvələri hadisə yerindədir, alınan mesaj yoxlanılır. Hava limanının ərazisi mühasirəyə alınıb”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Zvartnots hava limanına da bombanın qoyulması barədə məlumat yayılmışdı. Amma axtarışlardan sonra bunun şayiə olduğu və məqsədyönlü şəkildə insanları qorxutmaq üçün belə bir addımın atıldığı məlum olub.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Paşinyan Cənubi Qafqazda güc balansının dəyişəcəyini gözləyir? - AKTUAL GÜNDƏM
- Paşinyan Sadır Japarovla nələri müzakirə etdi? | İrəvandan sülhlə bağlı açıqlama - Baku TV CANLI
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- 1222 nəfərlik Ağudiyə nə oldu? | Azərbaycanlılar necə qovuldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın siyasi gələcəyi sınaqda: Paşinyan tarixi məsuliyyətdən yayınır? - AKTUAL GÜNDƏM
