Ermənistanda Mirzoyan və Lavrov görüşünə sərt etiraz | Keçmiş deputatı qəzəbləndirən səbəb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Xarici İşlər Nazirliyinin qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilib.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında danışıqların getdiyi binanın yaxınlığında Rusiya əleyhinə plakatlar qaldırılıb, şüarlar səsləndirilib.
Məlumata görə, etirazlar keçmiş deputat Armen Babacanyanın təşəbbüsü ilə keçirilib. Ərazidə olan polis əməkdaşları keçmiş deputatdan ərazini tərk etmələrini tələb etdikdə isə A.Babacanyan əsəbiləşərək onları hədələməyə başlayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib ki, Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir.
#Ermənistan XİN teqi istifadə olunub
- Mirzoyan Rusiya Prezidentinin açıqlamalarına necə reaksiya verdi?
- Vaan Kostanyanın yerli televiziyaya diqqətçəkən müsahibəsi
- Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia
- Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama
- Davamlı sülh üçün növbəti mühüm addım | ABŞ-dəki görüşün detalları
