Pleyeri seçin:
Ermənistanda seçkiöncəsi kütləvi həbslər başladı | Dövlət Komitəsi məlumat yaydı
Ermənistanın Gümrü şəhərində seçki zamanı rüşvət vermək və almaq, həmçinin seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanı pozmaq ittihamı ilə 8 nəfər saxlanılıb.
Saxlanılanlar arasında Gümrü Ağsaqqallar Şurasında növbədənkənar seçkilərdə iştirak edən siyasi qüvvələrin nümayəndələri və tərəfdarları da var.
Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Korrupsiyaya qarşı Mübarizə Komitəsi də xəbəri təsdiq edərək bildirib ki, belə hallar yol verilməzdir.
İstintaqın məlumatına görə, onlardan üçü təqsirlərini etiraf edib və istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildirib, iki nəfər isə zaminə buraxılıb. Qalan altı nəfər barəsində inzibati nəzarət tədbirlərinin tətbiq edilməsi qərarı çıxarılıb.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?
- Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası
- Brüssel İrəvanın Avropa bazarına çıxışını asanlaşdıracaq güzəştləri təsdiqləyib - ANA XƏBƏR
- "Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
