Əsas təhlükə odur, prezidentiniz savadlı olsa... | ABŞ-də kimlər cəzalandırılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Demokrat Adam Şiff ABŞ üçün daxili təhlükədir”.
Bunu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp yerli telekanallardan birinə verdiyi müsahibəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, ölkəsinin iki düşməni var: xarici və daxili. Sabiq prezident “düşmən”lərdən biri kimi ABŞ-nin ermənipərəst konqresmeni Adam Şiffin adını çəkib:
“Fikrimcə, daxili düşmən Çin və digər ölkələrdən daha təhlükəlidir. Əgər savadlı prezidentiniz varsa, o, xarici təhdidlərlə asanlıqla mübarizə apara bilər. Mən mübarizə apardım, hər kəs ilə yola getdim. Amma ən çətini Adam Şiff kimilərlə mübarizə aparmaqdır”.
Bundan əlavə, D.Tramp cari ilin noyabrında ölkədə keçiriləcək prezident seçkilərinə mane ola biləcək şəxslərə qarşı güc tətbiqi ehtimalını da istisna etməyib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb etdi - Baku TV
- Trampdan sərt çıxış: İran müharibəsinin xərclərini kim ödəyəcək? - Baku TV CANLI
- Vaşinqton-Tehran arasında son şans? | Ərdoğan Trampa nə çağırış etdi? - Baku TV
- Demokratlar Ukraynaya 15 milyard yönləndirə biləcək? - Baku TV
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
