Pleyeri seçin:

Eyni texnologiya ilə gizli savaş | Yaxın Şərqdə müharibə yeni mərhələyə keçir - Baku TV

31 mart 2026 363 baxış

Yaxın Şərqdə müharibə yeni mərhələyə keçir – eyni texnologiya artıq hər iki tərəfdə işlədilir.

Bu barədə “Financial Times” qəzetində təhlil materialı dərc olunub.

Məlumata görə, Rusiya İrana “Geran-2” tipli kamikadze dronları göndərməyə hazırlaşır. Bu model əslində İranın “Shahed-136” pilotsuz uçuş aparatının rus versiyasıdır.

Xatırladılır ki, 2022-ci ildən etibarən Rusiya Ukraynaya qarşı hücumlarda İran istehsalı “Shahed” dronlarından geniş istifadə edib. Daha sonra Rusiyada – Alabuqada bu dronların yerli versiyası olan “Geran” istehsalına başlanılıb. Bu modeldə elektronika yenilənib, döyüş başlığının çəkisi isə 50 kq-dan 90 kq-a qədər artırılıb. 2025-ci ilin ortalarına qədər Ukraynaya qarşı 28 mindən çox belə dron istifadə olunub.

Maraqlıdır ki, oxşar texnologiya ABŞ tərəfindən də tətbiq edilir. ABŞ-nin hazırladığı LUCAS dronları İran PUA-larının “əks mühəndislik” yolu ilə yaradılmış versiyasıdır və artıq İranda hərbi obyektlərə qarşı istifadə olunur.

Ekspertlər bildirirlər ki, müasir müharibələrdə uzaqmənzilli dronlar qismən raketlərin funksiyasını əvəz edir. Onlar daha ucuzdur, kütləvi istifadə oluna bilir, hava hücumundan müdafiəni yarmaq ehtimalı yüksəkdir. Müqayisə üçün, bir “Tomahawk” raketinin qiyməti təxminən 2 milyon dollardır.

Bildirilir ki, İranın Rusiyadan əlavə dronlara ehtiyac duymasının səbəbi ABŞ və İsrail zərbələri nəticəsində hərbi infrastrukturun zədələnməsidir. Eyni zamanda Rusiya artıq daha inkişaf etmiş “Geran-3” modelini istehsal edir. Bu dron reaktiv mühərrikə malikdir, daha sürətlidir və vurulması çətindir.

Məqalədə vurğulanır ki, Ukraynanın bu dronlara qarşı mübarizə təcrübəsi artıq Yaxın Şərqdə də istifadə olunur. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev İran hücumlarına məruz qalan ölkələrə 200-dən çox mütəxəssis göndərib.

“Axios”un məlumatına görə, Ukrayna hələ ötən ildən ABŞ-yə bu təhlükə barədə xəbərdarlıq etsə də, həmin dövrdə Tramp administrasiyası buna ciddi reaksiya verməyib. Hazırda isə ABŞ rəsmiləri etiraf edirlər ki, mövcud hava hücumundan müdafiə sistemləri bütün İran dronlarını tutmağa qadir deyil.

Beləliklə, “Shahed” texnologiyası artıq təkcə silah deyil, qlobal müharibə alətinə çevrilib və indi İranın özünə qarşı istifadə olunur.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 363 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 363 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 363 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 363 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 363 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 363 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 363 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 363 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 363 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 363 baxış
Seçilmişlər
icon