Pleyeri seçin:

"Fox News": Müctəba Xamenei təhlükəsizlik üçün “bin Laden modeli”ndən istifadə edir

22 may 2026 530 baxış

İranın ali lideri Müctəba Xameneinin təxminən üç aydır gizləndiyi və təhlükəsizlik baxımından “Əl-Qaidə” lideri Usamə bin Ladenin istifadə etdiyi üsullara bənzər taktika seçdiyi iddia olunur.

"Fox News" xəbər verir ki, bu barədə terrorizmlə mübarizə üzrə ekspert Ömər Məhəmməd açıqlama verib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp mayın 19-na planlaşdırılan mümkün hücumu dayandırdıqdan sonra Vaşinqton və Tehran arasında gərginlik davam edir. Tramp son açıqlamasında “tələsmədiyini” bildirib.

Ekspertin sözlərinə görə, Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmır və yalnız sosial şəbəkələr vasitəsilə məhdud paylaşımlar edir.

O bildirib ki, ABŞ ilk dəfə İran rəhbərliyinə qarşı vaxtilə “Əl-Qaidə” və İŞİD-ə qarşı tətbiq etdiyi taktikanı həyata keçirib. Ömər Məhəmməd qeyd edib ki, Usamə bin Laden 2007-ci ildən sonra videomüraciətləri dayandırmış, yalnız əl vasitəsilə çatdırılan audio mesajlardan istifadə etmişdi. ABŞ xüsusi xidmət orqanları isə sonradan onun kuryerlərindən birini izləyərək Pakistanın Abbottabad şəhərindəki gizli iqamətgahını müəyyən etmiş və 2011-ci ildə keçirilən əməliyyatda bin Ladeni öldürmüşdü.

Ekspert hesab edir ki, İran rəhbərliyi də həmin təcrübəni diqqətlə öyrənib və Müctəba Xamenei hazırda İnqilab Keşikçiləri Korpusunun obyektləri yaxınlığında yerləşən gücləndirilmiş mühafizə zonalarında gizlənə bilər.

“Fox News“un məlumatına görə, Müctəba Xameneinin atası, İranın keçmiş ali lideri Əli Xamenei fevralın 28-də ABŞ-İsrailin “Epik Qəzəb“ əməliyyatı zamanı Tehranda həyata keçirilən hava hücumunda öldürülüb.

Ömər Məhəmməd bildirib ki, İran rəhbərliyinin ictimaiyyət qarşısına çıxmaması ölkədə hakimiyyət modelinin dəyişdiyini göstərir və real idarəetmənin təhlükəsizlik strukturlarının əlinə keçdiyi görüntüsünü yaradır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 530 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 530 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 530 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 530 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 530 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 530 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 530 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 530 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 530 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 530 baxış
Seçilmişlər
icon