Pleyeri seçin:
Fransa qoşunları Ukraynaya göndəriləcək? | Zaxarova Fransanı tənqid etdi
“Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır”, – deyə M.Zaxarova bildirib.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot BBC-yə müsahibəsində bildirib ki, Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri özünümüdafiə məntiqi ilə həyata keçirilə bilər.
Xarici işlər naziri həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır. O, Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.
Kopyalandı
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- İrəvanın Avropa İttifaqına yaxınlaşması Moskvanın sərt reaksiyasına səbəb oldu - Baku TV CANLI
