Fransa uduzdu, ölkəni etirazlar bürüdü
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya çempionatının finalında məğlub olan Fransanın şəhərlərində futbol azarkeşləri küçələrə axışıb. Məğlubiyyətdən məyus olan fransızlar Paris, Nitsa, Bordo və Nant küçələrində polislə toqquşub.
Parisdəki Yelisey meydanında toqquşmaların olduğu bildirilir. Asayiş keşikçiləri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Lyon şəhərində Bellecour meydanında isə atəş səsləri eşidilib. İnsanlar zorakı qruplardan uzaqlaşmağa çağırılıb.
Bəzi şəhərlərdə zibil qutularının, avtomobillərin yandırıldığı və vitrinlər talan edildiyi bildirilir.
Qeyd edək ki, Fransa yığmasının qələbə qazanacağı təqdirdə ölkədə gözlənilən atəşfəşanlığa nəzarət edilməsi üçün ölkə üzrə 14 min, Parisdə isə 2 min 750 polis və jandarm səfərbər edilmişdi.
