Fransada növbədənkənar seçkilər keçiriləcək | Makrondan mühüm qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını açıqlayıb. Buna səbəb isə ölkədə keçirilən Avropa Parlamenti seçkilərində “Milli Birlik” partiyasının 31,5% səslə 1-ci, E.Makronun partiyası “Renessans”ın isə 14,5 % səslə 2-ci yerdə qərarlaşması olub.
E.Makron Fransa xalqına müraciət edib.
Müraciətdə deyilir: “Mən Konstitusiyamızın 12-ci maddəsində nəzərdə tutulmuş məsləhətləşmələri apardıqdan sonr səsvermə yolu ilə parlamentimizin gələcəyini sizlərə təhvil vermək qərarına gəldim. Elan edirəm ki, bu axşam Milli Məclisi buraxıram. İyunun 30-da seçkilərin birinci, iyulun 7-də isə ikinci turunun keçirilməsinə dair qanun layihəsini imzaladım. Mən sizə, əziz həmvətənlərim və fransız xalqının özü və gələcək nəsillər üçün ədalətli seçim etmək bacarığına güvənirəm”.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
