Fridrix Merts görüş yerini tərk edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planı ilə bağlı danışıqlar aparmaq üçün Almaniyanın paytaxtı Berlinə gedib.
Səfər fonunda paytaxtın mərkəzində genişmiqyaslı təhlükəsizlik tədbirləri tətbiq edilib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Paytaxtda fövqəladə vəziyyət rejimi tətbiq olunur.
"Zelenski üçün "0" – ən yüksək təhlükəsizlik səviyyəsi! Buna görə Berlin təhlükəsizlik tədbirlərini gücləndirir, polis təhlükəsizlik səviyyəsini ən yüksək səviyyəyə qaldırır", – deyə məqalədə bildirilir.
Ukrayna lideri Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerlə görüş keçirib. Bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb.
Əsas mövzusu ABŞ-nin sülh planı olan görüşdə Ukrayna tərəfindən danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da təmsil olunub.
Müzakirələrə Almaniya kansleri Fridrix Merts qatılsa da, çox çəkmədən görüş yerini tərk edib. Bu barədə yerli media məlumat yayıb. Onun köməkçisi Günter Sautter danışıqlarda iştirak edib. Kanslerin görüşdən çıxmasının səbəbi hələlik açıqlanmayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
